Pezeşkian: BMT TŞ effektivliyini itirib, BRICS isə öz nüfuzunu artırıb

Bəzi beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası (TŞ) artıq öz effektivliyini itirib, BRICS isə qərarları sayəsində öz nüfuzunu artırmağa müvəffəq olub.

«Report» xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında keçirilən görüşdə deyib.

“Bu ilin əvvəlindən BRICS-ə yeni üzvlərin qəbulu və bir çox başqa ölkələrin bu təşkilata qoşulmaq istəyi bu birliyin artan təsirindən xəbər verir”, — o bildirib.





Source link

Comments (0)
Add Comment