Bu il Azərbaycanda 150-dən çox cinayətkar qrup zərərsizləşdirilib

Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2024-cü ilin 9 ayına həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.



Source link

Comments (0)
Add Comment