İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
«Report» xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
«İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür», — o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:
«Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik».