Nijni Novqorod vilayətində yol qəzasında 3 nəfər ölüb

Rusiyanın Nijni Novqorod vilayətinin Turtapka kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb.

“Report” -a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Nijni Novqorod vilayətində iki avtomobilin Turtapka kəndi ərazisində toqquşması nəticəsində 3 nəfər ölüb”, – məlumatda deyilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Faktla bağlı araşdırma aparılır.





Source link

Comments (0)
Add Comment