Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 16 ailə Cəbrayıl şəhərinə köçürülüb 


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən «Report»un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 16 ailə 48 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Həmçinin bildirilib ki, bugünədək Cəbrayıl şəhərinə 77 ailə 241 sakin köçürülərək, daimi məskunlaşmaları təmin edilib.

Comments (0)
Add Comment