«Çox bəsit qollar buraxdıq».
«Report» xəbər verir ki, bunu «Səbail»in baş məşqçisi Şahin Diniyev «Araz-Naxçıvan»a qarşı Azərbaycan Premyer Liqasının VIII turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis rəqib komandanı qələbə münasibəti ilə təbrik edib:
«Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Fərdi baxımdan bizdən üstün oyun nümayiş etdirdilər. Çox bəsit qollar buraxdıq. «Araz-Naxçıvan»ı təbrik edirəm. Məsuliyyət mənə aiddir. Bu, futbolçuların yox, mənim səhvimdir».
Qeyd edək ki, ölkə çempionatının V turunda «Səbail» səfərdə «Araz-Naxçıvan»a 2:3 hesabı ilə məğlub olub.