Finlandiya səfiri: “Yaşıl” keçid və ətraf mühitin qorunması bizim üçün prioritetdir

Bu gün Finlandiyanın texnologiya sənayesinin 50 %-i dayanıqlı inkişaf və “yaşıl” keçid məqsədlərinə xidmət edir.

“Report” xəbər verir ki, bunu Finlandiyanın Azərbaycandakı və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” (NORDIC TALKS: Nordic Green Model) təşəbbüsü çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, “yaşıl” keçid və ətraf mühitin mühafizəsi hökumət dəyişikliyi olsa belə Finlandiya üçün prioritetdir: “Bu, milli maraq və milli zərurətdir”, — Narinen bildirib.





Source link

Comments (0)
Add Comment