Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana Çempionlar Liqasının təsnifat mərhələsinin I raundunun oyununa təyinat alıb.
«Report» xəbər verir ki, o, “Olympiakos” (Yunanıstan) və “Strumiça” (Makedoniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Sentyabrın 24-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.