Salyanda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurub

Salyan rayonunda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, rayonun Quyçu kənd sakini, 1999-cu il təvəllüdlü Abbasov İbrahim Mübariz oğlu sözügedən ünvanda mağazanın damında elektrik xəttində işləyərkən onu cərəyan vurub.

Nəticədə o, hər iki əlin üz səthində yanıq xəsarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Source link

Comments (0)
Add Comment