Biləsuvarda pambıq yığımı bir aya yaxın gecikəcək 

Biləsuvar rayonunda pambıq tarlalarında məhsul yığımı təxminən bir aya yaxın gecikəcək.

«Report»un Muğan bürosunun məlumatına görə, buna səbəb əkin işlərinin havaların yağıntılı keçməsi səbəbindən bir ay gec aparılmasıdır.

Belə ki, rayon ərazisində məhsulun yığımına oktyabr ayının ortalarından start veriləcək.

Qeyd edək ki, bu il rayonda 7 050,8 hektar sahədə pambıq əkilib.

Həmçinin yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 52 maşın iştirak edəcək. Bununla yanaşı, 115 traktor və 265 yedəkli lafetdən də istifadə olunacaq.

Pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə tarlalarda defolvasiya işləri cari ayın sonu aparılacaq.

Comments (0)
Add Comment