SOCAR “Şamaxı-Qobustan» sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Hungarian Oil and Gas” şirkəti arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bu barədə «Report» SOCAR-a istinadən xəbər verir.

Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Sənədin imzalanması SOCAR-ın prezidenti Rövşən Nəcəfin “MOL Hungarian Oil and Gas” şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə keçirdiyi görüşdə baş tutub.





Source link

Comments (0)
Add Comment