Bakıda 3 uşağı döyüb əllərində nə varsa aldılar

Bakıda 3 yeniyetməyə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində 3 yeniyetmənin pulunun, mobil telefonunun və qulaqcığının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.



Source link

Comments (0)
Add Comment