«Abşeron» basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.
«Report» klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Basketbolçu son olaraq ölkəsində «St-Xavier» komandasının şərəfini qoruyub.
Qeyd edək ki, «Abşeron» buna qədər Lari Robinson və Nəcəf Babayevlə 1 illik müqavilə imzalayıb.