Myanmada qasırğada ölənlərin sayı 100-ü ötüb

Myanmada «Yagi» qasırğası nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Business Standard” ölkənin hərbi hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Bundan əvvəl 74 nəfərin öldüyü bildirilirdi.

Myanma Dövlət İnzibati Şurasının sözçüsü, general-mayor Zav My Tun bildirib ki, pis hava şəraiti səbəbindən 320 mindən çox insan evlərini tərk edərək müvəqqəti köçkün düşərgələrində məskunlaşıb.

Qasırğa, həmçinin yollara və körpülərə ziyan vurub, interneti sıradan çıxarıb.

Myanma hakimiyyəti təbii fəlakətlə əlaqədar xaricdən kömək istəyib.

Qeyd edək ki, “Yaqi” qasırğası Vyetnamda 230-dan çox, Filippində isə ən azı 20 nəfərin həyatına son qoyub.

Comments (0)
Add Comment