Qərb ölkələri böyük ehtimalla artıq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə vermək qərarına gəliblər.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
“Bu gün çox yüksək ehtimalla deyə bilərik ki, Qərb artıq Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı çoxdan verib. İndi isə biz sadəcə olaraq onun informasiya sahəsində ictimai rəyin gözündə legitimləşməsinin son mərhələsini müşahidə edirik”, — o deyib.