“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti 2027-ci ilə qədər 1 trilyon dolları keçə bilər.
“Report” xəbər verir ki, bu barədə “Informa Connect Academy” analitik şirkətinin hesabatında deyilir.
Şirkət öz təhlilində Maskın sərvətinin son illərdə illik orta hesabla 110% artdığını bildirib: “Dünyada heç kim trilyonçu statusuna iddialı olmayıb, ən azı hələ ki. Bununla belə, bir neçə ehtimal namizəd var”.
Maskdan başqa, “Informa Connect Academy” dollar trilyonçuları statusuna daha dörd iddiaçı müəyyən edib — Hindistanın sənaye konqlomeratı “Adani Group”un sahibi Qautam Adani, Amerika texnologiya şirkətinin “Nvidia”nın baş direktoru Censen Huanq, İndoneziyada “Barito Pacific”in təsisçisi Prayoqo Panqestu və lüks geyimlərin nəhəngi “LVMH”nin sahibi Bernard Arnault və ailəsi.