Bakıda yanğına baxan sürücülər tıxac yaradır


Sabunçu rayonu, Aeroport şosesi, Sabunçu Tibb Mərkəzinin yaxınlığında yanğın baş verib.

Bu barədə «Report»a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.

Onun sözlərinə görə, yanğın səbəbindən yolda məhdudiyyət olmasa da, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən bəzi avtomobil sürücüləri sürəti azaldıb yanğın baş verən əraziyə baxması hər iki istiqamətdə sıxlığın yaranmasına səbəb olub.





Source link

Comments (0)
Add Comment