Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazana bilməyib.
«Report» xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Kristella Qarsiya ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan İsmiyevə turniri mükafatsız başa vurub.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
14:45
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.
«Report» xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.
Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.
O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.
13:10
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olub.
«Report» xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı Türkiyə təmsilçisi Nazan Akına uduzub.
İsmiyeva təsəlliverici görüşə qatılacaq.
11:43
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
«Report»un məlumatına görə, +70 kq çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.