Ata-oğul borca görə öldürüldü


Türkiyədə ata-oğul silahlı hücum nəticəsində ölüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Burdur rayonunun Gölhisar qəsəbəsində baş verib. 42 yaşlı M.K. mağazalarının önündə dayanan 53 yaşlı Ramazan Tin və oğlu 32 yaşlı Məhərrəm Tinə tüfənglə atəş açıb.

Nəticədə ata hadisə yerində, oğlu isə aparıldığı xəstəxanada ölüb.

Hadisə yerindən avtomobili ilə qaçan M.K. polis tərəfindən saxlanılıb. Qətlin borc üstündə baş verdiyi bildirilir.

Araşdırma aparılır.



Source link

Comments (0)
Add Comment