Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenko Azərbaycana gəlib.
“Report”un məlumatına görə bu barədə Belarus KİV-lərdə bildirilib.
Qeyd edilib ki, o, sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək.
Səfər çərçivəsində İ.Karpenko bir sıra beynəlxalq müşahidəçilərlə Azərbaycan MSK-nın rəhbərliyi ilə görüşəcək, seçki prosesi ilə maraqlanacaq.