«Neftçi» argentinalı futbolçusu ilə yollarını ayırıb

«Neftçi» futbolçusu Lukas Melano ilə yollarını ayırıb.

Klubdan «Report»a verilən məlumata görə, argentinalı oyunçu ilə müqavilə şərtləri qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirib.

Comments (0)
Add Comment