Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir.
“Report”un Ankara bürosunun verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə Qarabağın yenidən qurulması və bərpası prosesində Azərbaycanla birgə hərəkət edir: «30 illik işğaldan sonra azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulması və bərpası prosesində yenə də Türkiyənin Azərbaycanın yanında olması təqdirəlayiq haldır. Bu bölgədə Azərbaycan şirkətlərinə daha çox dəstək olan yenə Türkiyə şirkətləridir. Bu fəaliyyətin nəticəsidir qısa müddət ərzində tamamilə fərqli bir mənzərə görürük. Hər ay yeni layihələrin başa çatması, insanların geri qayıdışını bayram edirik. Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir. 2026-cı ilin sonunda isə 140 mindən artıq vətəndaşımız birinci köç mərhələsinin sonu olaraq Qarabağa geri qayıdacaq”.