Elcan Rəsulov meymunçiçəyinin yayılmasında kişiləri günahlandırdı

Aktyor Elcan Rəsulov sosial şəbəkə hesabından kişilərə səslənib.

Lent.az xəbər verir ki, o, son günlər dünyada yayılan meymunçiçəyi virusunun yayılmasını baməzə şəkildə şərh edib.

“Bu, qızla “pusi-pusi” danışıqları yığışdırın. Bir az sərt olun. O qədər dediniz ki, “meymuşum, meymunum, çiçəyim”.

Gördünüz, meymunçiçəyi gəldi. Elə eləməyin gəlib bura da çıxsın. Yığışdırın, sərt danışın: hardasan, az?! Belə deyin” , — o bildirib.



Source link

Comments (0)
Add Comment