«Araz-Naxçıvan» Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

«Araz-Naxçıvan» komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb.

«Report»un məlumatına görə, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gəlib.

İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb — 7:1.

Qeyd edək ki, «Araz-Naxçıvan» sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.





Source link

Comments (0)
Add Comment