Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.

Bu barədə «Report»a DİN Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb: «Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri — R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər».





Source link

Comments (0)
Add Comment