Portuqaliyalı futbolçu «Fənərbağça»dan ayrılıb | Report.az

Türkiyənin «Fənərbağça» klubunun portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb.

«Report» xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilə qədər «Başakşəhər» komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, Krespo son olaraq icarə əsasında İspaniyanın «Rayo Valyekano» kollektivində çıxış edib.

Comments (0)
Add Comment