Avqustun 17-də saat 15 radələrində Bakının Sabunçu rayonu ərazisində 54 yaşlı Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 56 yaşlı Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu onu iş üzrə şübhəli şəxs qismində tutub.
İbtidai istintaq davam edir.