Cəlilabadda motosikletçi yol qəzasında xəsarət alıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

«Report»un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet «VAZ 21099» markalı minik avtomobili ilə toqquşub.

Motosikletçi müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.





Source link

Comments (0)
Add Comment