Azərbaycan millisinin basketbolçusu: Olimpiadadan sonra yarışa hazırlaşmaq çətin idi

Yay Olimpiya Oyunlarından sonra bu yarışa hazırlaşmaq həm fiziki, həm də psixoloji olaraq çətin idi.

«Report» xəbər verir ki, bunu 3×3 basketbol üzrə Azərbaycan millisinin üzvü Dina Ulyanova Dünya Qadın Seriyasının Bakı mərhələsi haqqında jurnalistlərə açıqlamasında deyib.

O, qarşılaşmaların çox ağır və çətin keçdiyini bildirib: «Görüşlərə qələbə üçün çıxmışdıq. “Bir “team out” bizi xilas etmədi. Lakin bütün bunlara rəğmən özümüzü toparlayıb, davamlı şəkildə məşqlər edirdik”.

Basketbolçu komanda olaraq daim gələcəyə inamla baxdıqlarını vurğulayıb: “İnanırıq ki, Avropa Kubokuna yaxşı şəkildə hazırlaşıb, yüksək nəticə əldə edəcəyik. Təbii ki, az vaxt qalıb. Birinci növbədə əsas məsələ qrupdan çıxmaqdır. Hər turnir ərəfəsində özümüzü qələbəyə kökləyirik. Kubokda da medal uğrunda mübarizə aparacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Bakı mərhələsində Almaniyanın Düsseldorf ZOOS» komandasına (8:21) və Ukrayna yığmasına (12:16) məğlub olub.





Source link

Comments (0)
Add Comment