«Sumqayıt» heyətinə braziliyalı futbolçu cəlb edib

«Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

«Report» klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Alan Diasla 1+2 illik müqavilə imzalanıb.

25 yaşlı braziliyalı müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisi bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.





Source link

Comments (0)
Add Comment