Hollivud ulduzu özünü hərraca çıxardı

Hollivud ulduzu Corc Kluni özünü hərraca çıxarıb. 

Lent. az-ın xarici mediaya istinadən xəbərinə görə, Nyu-Yorkda aktyorla bir gecəlik  “intim”  görüşün ilkin qiyməti 10 min dollar təşkil edib. Hazırda hərracda Klunin qiyməti 31 min dollara çatıb.

“Charitybuzz” xeyriyyə təşkilatı  » Corc Kluni ilə axşamlar» adlı hərrac keçirir, hərrac avqustun 20-də başa çatacaq. Xeyriyyə təşkilatı aktyorla bir gecə üçün  60.000 dollar toplamağı hədəfləyib. Toplanan vəsait“Kluni Ədalət Fondu”na yatırılacaq.

Şanslı qalib Kluni ilə kokteyl içəcək, ardınca şam yeməyi olacaq.

Nahar sentyabrın 24-ü saat 18:30-da Nyu Yorkda baş tutacaq. 

Təşkilatın yaydığı  press-relizdə «Cənab Kluni ilə nahardan əvvəl xüsusi kokteyl üçün qoşulun, fotoşəkillər çəkdirin və intim şam yeməyindən və sual-cavabdan həzz alın» yazılıb.

“Kluni Ədalət Fondu” bütün dünyada insan hüquqlarının pozulmasına görə ədalət uğrunda mübarizə aparır. 

 



Source link

Comments (0)
Add Comment