«Sabah»ın futbolçusu: Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik

Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik.

«Report» xəbər verir ki, bunu «Sabah» klubunun futbolçusu Pavol Şafranko UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin «Sent Patriks Atletik»lə (İrlandiya) cavab matçından öncə mətbuat konfransında deyib.

«Komanda daxilində ab-hava çox yaxşıdı. Kollektivdə hər kəs bir-birinə inanır. Sabah azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanacağımıza inanırıq. Hər görüşə qalibiyyət əzmi ilə çıxırıq. Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik».

Qeyd edək ki, «Sabah» — «Sent Patriks Atletik» matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Comments (0)
Add Comment