Cənubi Koreyada istidən ölənlərin sayı 21-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər və Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 20-dən avqustun 11-dək olan müddətdə 2 293 nəfər istilər və onun fəsadları ilə bağlı xəstəxanalara müraciət edib.
Həmçinin, yüksək hava temperaturu səbəbilə 703 min baş kənd təsərrüfatı heyvanı, o cümlədən 658 min baş ev quşu tələf olub.