Zeynəb Hümmətova: Azərbaycanı layiqincə təmsil etdiyimizə görə çox sevinirik


Azərbaycanı layiqincə təmsil etdiyimizə görə çox sevinirik.

«Report»un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova kollektivin Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında göstərdiyi nəticədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, azarkeşlərdən möhtəşəm dəstək gördüyünü söyləyib:

«Əlimizdən gələni etdik, tarixi nəticəyə imza atdıq. Başda Gimnastika Federasiyasının rəhbərliyi olmaqla, bütün məşqçilərə, xareoqraflara, hamıya minnətdarlığımı bildirirəm. Arenada olan müsbət ab-hava çıxışımıza yaxşı təsir etdi. Azarkeşlər bizi dayanmadan dəstəkləyirdi. Ümid edirəm ki, onların etimadlarını doğrultduq».

Qeyd edək ki, təmsilçimiz Paris olimpiadasında 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.





Source link

Comments (0)
Add Comment