Bakıda 19 yaşlı oğlan qayçını dostunun sinəsinə sancdı

Xəbərə video əlavə edilib

 

***

10:21

Avqustun 6-da gecə saat 2 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 24 yaşlı Kamal İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətlərinə görə məhkum olunmuş 19 yaşlı Valeh Kazımov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

09:22

Bakıda kişi tanışına qayçı ilə xəsarət yetirib.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib. Kazımov Valeh Samir oğlu mübahisə zamanı tanışı İbrahimov Kamal İsmayıl oğlunun sinəsinə qayçı ilə zərbə vuraraq xəsarət yetirib.

V. Kazımov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.



Source link

Comments (0)
Add Comment