Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi məğlub olub

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

«Report»un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə üz-üzə gəlib.

Yarışa 1/8 finaldan qoşulan Məmmdəov rəqibinə məğlub olub — 5:6.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) 1/4 finala yüksəlib.

Comments (0)
Add Comment