Konfrans Liqası: «Sabah» və «Zirə»nin matçlarını idarə edəcək hakimlərin adları bəlli olub

«Zirə» və «Sabah»ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər müəyyənləşib.

«Report»un məlumatına görə, «Zirə»nin Xorvatiyada yerli «Osiyek» klubuna qarşı ilk matçında yunanıstanlı Aristotelis Diamantopoulos iş başında olacaq.

Tərəflər arasındakı «Dalğa Arena»dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.

İrlandiyada «Sent-Patriks Atletik” və «Sabah» arasındakı ilk qarşılaşma islandiyalı Vilhjalmur Thorarinssona tapşırılıb. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan ədaləti qoruyacaq.

Qeyd edək ki, bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.





Source link

Comments (0)
Add Comment