Fransa Xarici İşlər Nazirliyi (XİN) hərbi eskalasiya riski ilə əlaqədar vətəndaşlarını İranı qısa müddətdə tərk etməyə çağırıb.
«Report» xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir.
“Regionda hərbi eskalasiya riskinin yüksək olması ilə əlaqədar İrandakı fransalıların mümkün qədər tez bir zamanda ölkəni tərk etmələrini qətiyyətlə tövsiyə edirik”, — bəyanatda bildirilib.