«Mənim 100 uşağım var» — «Telegram»ın qurucusu

Məşhur “Telegram” platformasını yaradan Pavel Durovun 100 uşağı var.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, 12 ölkədə 100 bioloji uşağı olduğunu açıqlayıb.

Pavel Durovun sözlərinə görə, sperma donorluğu sayəsində dünyaya gəliblər.

15 il əvvəl dostlarından biri həyat yoldaşı ilə uşaq sahibi ola bilmədiyi üçün klinikada sperma bağışlamağı xahiş edib. Baş çəkdiyi tibb müəssisəsinin rəhbəri ona digər sonsuz cütlüklərə kömək etmək üçün anonim olaraq daha uyğun bioloji material verməyi təklif edib. Həkim bildirib ki, hazırda “yüksək keyfiyyətli donor materialı” çatışmazlığı var.

“Mənə sadəcə 100-dən çox bioloji uşağım olduğunu dedilər. Keçmiş donor fəaliyyətim 12 ölkədə 100-dən çox cütlüyün uşaq sahibi olmasına kömək etdi”.

O, bioloji övladlarının bir-birini daha asan tapması üçün DNT kodunu açmaq niyyəti barədə də məlumat verib.



Source link

Comments (0)
Add Comment