Yedditəpə kurqanlarınından yaştəyini üçün nümunələr götürülüb

Biləsuvarda yerləşən Yedditəpə kurqanlarınından yaştəyini üçün nümunələr götürülüb.

«Report»un Muğan bürosunun məlumatına görə, nümunələr Radiasiya Problemləri İnstitutunun «Tarixi abidələrin radioizotop yaştəyini» xüsusi laboratoriyasının əməkdaşları tərəfindən götürülüb.

Həmçinin kurqanların yerləşdiyi nöqtələrin radiasiya fonu ölçülüb.

Qeyd edək ki, nümunələr Radiasiya Problemləri İnstitutunda yaranan və bütövlükdə Qafqaz ölkələri daxilində ilk və yeganə laboratoriya olan «Tarixi abidələrin radioizotop yaştəyini» xüsusi laboratoriyasında analiz olunacaq.





Source link

Comments (0)
Add Comment