Günlərlə hamama girməyən Bred Pitt – Yeni sevgilisi onu necə dəyişdi?


Şou-biznesin bəzi məşhurları həqiqətən də insanları təəccübləndirirlər. Bəziləri üçün qırmızı xalçadakı o qüsursuz gözəl və yaraşıqlı obrazların arxasında tamam başqa reallıqlar dayanır…

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi ulduzlar öz şəxsi qayğılarına əhəmiyyət vermirlər. O qədər tənbəldirlər ki, hətta duş qəbul etməyə, dişlərini fırçalamağa ərinirlər.

Əslində onlardan biri də 60 yaşı olmasına baxmayaraq dünyanın ən yaraşıqlı və cazibədar kişilərindən biri sayılan Bred Pittdir…

Ancelina Coli, Qvinet Peltrou və Cennifer Eniston kimi dünyanın ən məşhur və gözəl qadınları ilə eşq yaşayan və evli olan Bred Pitin duş qəbul etməyi sevmədiyini hər kəs bilir.

Lakin ona yaxın mənbənin sözlərinə görə, o, bu baxımdan tam dəyişməyib… Bir müddətdir birlikdə olduğu gənc sevgilisi İnes de Ramonla tanış olana qədər!

“In Touch” jurnalına danışan Bred Pittə yaxın mənbə 34 yaşlı İnes de Ramonun yaraşıqlı aktyorun şəxsi baxım vərdişlərini dəyişdiyini iddia edib.

Sözügedən mənbə, «Bred həmişə duş qəbul etməkdən və saçını yumaqdan çox çəkinirdi… Bunu edəndə yalnız sabun və su istifadə edərdi. Dezodorant və ya ətir kimi məhsullardan istifadə etməzdi. Hətta duş almadan belə evdən çıxardı. Yenə də «cazibə» simvol»u kimi tanınırdı. Amma İneslə görüşdükdən sonra başqa bir hekayə ortaya çıxdı» — deyib.

Sözügedən mənbənin sözlərinə görə, İnes de Ramon sevgilisi Bred Pitin bu pis vərdişlərini dəyişmək üçün əlindən gələni edib.

“In Touch” jurnalına danışan mənbə əlavə edib ki, Bred Pitt indi geyiminə daha çox diqqət yetirir və sevgilisi İnes de Ramona istifadə edəcəyi ətirləri seçməyə icazə verir.

Mənbənin sözlərinə görə, Bred Pitt İnes de Ramona daha yaxşı görünmək üçün hətta diş ipi ilə təmizliyə də başlayıb.

Hətta Bred Pitt sevgilisi ilə spaya getməyi vərdiş edib, birlikdə gedib dəriyə qulluq edirlər.



Source link

Comments (0)
Add Comment