MSK sədri: Ekspert qruplarının tez-tez dəyişməsinin tərəfdarı deyilik

Dairə seçki komissiyalarında yaradılmış ekspert qruplarının tez-tez dəyişməsinin tərəfdarı deyilik.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Ekspert qruplarına təlimlər keçirik, onlar təcrübə qazanırlar. Hazırda ekspert qruplarının tərkibinin 1/3-i əvvəlki şəxslərdir. Bu, çox azdır”, — deyə MSK sədri bildirib.

O qeyd edib ki, 475 ekspertin əksəriyyəti hüquqşünas olmalıdır.

MSK-nın sədr müavini Rövzət Qasımov isə vurğulayıb ki, ekspertlərin seçimində xüsusilə gənclərə üstünlük verilib.





Source link

Comments (0)
Add Comment