Parlament seçkiləri ilə əlaqədar təbliğat prosesi ilə bağlı açıq-qapalı məkanların müəyyənləşdirilməsinə başlamalıyıq.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müvafiq tədbirlərə artıq start verilib: “Hava şəraiti ilə əlaqədar açıq məkanlara üstünlük verilə bilər”.