Azər Bağırov: Avropa çempionatının finalında favoritim İspaniya yığmasıdır

Favoritim İspaniyadır. Fikrimcə, İspaniya yığması hər bir cəhətdən üstündür və dominant futbol oynayacaqlar.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov Avropa çempionatının bu gün İspaniya və İngiltərə yığmaları arasında baş tutacaq final matçı ilə bağlı fikirlərini bölüşərkən deyib.

PRO kateqoriyalı mütəxəssis İngiltərə yığmasının “dişsiz” olduğunu vurğulayıb:

“70-in 30-a faiz nisbəti ilə İspaniyaya şans verirəm. İngilislər hücumda çox “dişsizdirlər”. Baxmayaraq ki, top-futbolçulara malikdirlər. Bir-birilərini tamamlaya bilməmələri problem yaradır”.

O, bir çox maraqlı komandalar kəşf etdiyini söyləyib:

“Ümumilikdə bu Avropa çempionatı çox maraqlı oldu. Bir mütəxəssis kimi çoxlu maraqlı komandalar — Slovakiya, Sloveniya, Gürcüstan, Albaniyanı kəşf etdim. Göründü ki, çox komandalarda böyük inkişaf var. İspaniya isə total futbolun ən üst səviyyəsini göstərir”.

Comments (0)
Add Comment