Azərbaycanda iki general ehtiyata buraxılıb

Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.

Bu barədə «Report»a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.





Source link

Comments (0)
Add Comment