“Yuxumda İlhamə Quliyeva Sərxan Kərəmoğludan şikayət etdi” – Elgiz Əkbər

Aparıcı Elgiz Əkbər aparıcısı olduğu proqramda mərhum Xalq artisti İlhamə Quliyevadan danışıb. 

Lent.az-ın xəbərinə görə, yuxusuna gələn İlhamə Quliyeva deyib ki, aktyor Sərxan Kərəmoğlu onu narahat edir: 

“Ötən gün yuxumda onu gördüm. İlhamə xanım dedi ki, Sərxan Kərəmoğlu məni çox narahat edir. Bunu Sərxanın özünə çatdır”. 

Qeyd edək ki, Sərxan Kərəmoğlu müsahibələrinin birində Xalq artisti İlhamə Quliyevanı heç zaman bağışlamayacağını deyib:

“İlhamə xanım haqqıma girdiyi üçün ona demişdim ki, səni bağışlamayacağam. Cavab verdi ki, mən də səni bağışlamayacağam. Mən bağışlaya bilməzdim. O mənim haqqımı yemişdi. Ailəyə, çörəyə, övlada toxunan bir insanı ömür boyu bağışlamaram”. 

Hələlik Sərxan Kərəmoğludan bu söhbətə cavab gəlməyib.



Source link

Comments (0)
Add Comment