Bakıda DAHA BİR QƏTL: bazarda 31 yaşlı oğlan öldürüldü

İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır

***

03:32

Bakının Sabunçu rayonunda 31 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əhmədov Rasim Etibar oğlu bazarda tanışı ilə mübahisə zamanı ürəyindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.



Source link

Comments (0)
Add Comment