Bu il Cəbrayıl şəhərində 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır

Bu il ərzində Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır.

Bunu «Report»a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O əlavə edib ki, Cəbrayıl rayonunun Horoğlu qəsəbəsinə köç nəzərdə tutulur: «Hazırda Cəbrayılın Şükürbəyli kəndində, Qubadlı rayonunun Zilanlı və Maxruzlu kəndlərində, Zəngilanın şəhər mərkəzində böyük tikinti işləri aparılır».

Comments (0)
Add Comment