Rusiya-KXDR əməkdaşlığı dərinləşsə, Cənubi Koreya Ukraynaya silah tədarükünü məhdudlaşdırmayacaq

Rusiya KXDR-ə müasir hərbi texnologiyalarını təhvil versə, Cənubi Koreya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər.

“Report” xəbər verir ki, bu barədə KBS telekanalının efirində Cənubi Koreya Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çxon Ho Çjin bildirib.

O vurğulayıb ki, Seul üçün qırmızı xətlər yalnız rəsmi Moskvanın hərəkətlərindən asılıdır, söhbət Şimali Koreyaya yüksək dəqiqlikli silahların verilməsindən gedir.

Eyni zamanda, məmur Seulun Kiyevə hansı silah və hansı şərtlərlə göndərə biləcəyini açıqlamayıb.





Source link

Comments (0)
Add Comment