​​​​​​​AVRO-2024: Belçika millisi ilk oyunda məğlub olub — YENİLƏNİB — 4

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.

«Report»un məlumatına görə, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

21:05

Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika — Slovakiya matçında ikinci hissə başlayıb.

«Report»un məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.

7-ci dəqiqədə İvan Şrants fərqlənib

20:51

Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika — Slovakiya matçında ilk hissə başa çatıb.

«Report»un məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.

7-ci dəqiqədə İvan Şrants fərqlənib.

20:11

Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika — Slovakiya matçında hesab açılıb.

«Report»un məlumatına görə, 7-ci dəqiqədə slovakiyalı İvan Şrants fərqlənib.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.

«Report»un məlumatına görə, Belçika — Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.





Source link

Comments (0)
Add Comment